
02 — Məhsullar
Yağ təmizləyiciləri
Yanmış yağ mexaniki deyil, kimyəvi problemdir. Qələvi mühit yağı sabunlaşdırır — yəni suda həll olunan hala gətirir. Ona görə pH bu kateqoriyada əsas seçim meyarıdır.

Seçim
Seçim meyarları
| Meyar | Nəyə diqqət etməli |
|---|---|
| pH səviyyəsi | Nə qədər yüksəkdirsə, o qədər güclü — və o qədər ehtiyatlı istifadə |
| Səth materialı | Alüminium yüksək qələvidə matlaşır — uyğunluq yoxlanmalı |
| Tətbiq forması | Köpüklü sprey dik səthdə daha uzun qalır |
| Təhlükəsizlik | Əlcək və göz qoruyucu şərt; qapalı sahədə havalandırma |
Sahələr
Bu məhsullar hansı sahələrdə işlənir

Restoran və kafelər
Mətbəx, əsas zal və sanitar qovşaqlar — 3 əsas zona, vahid təmizlik yanaşması.
Ətraflı
Otellər və hostellər
Otaqların və ümumi sahələrin təmizliyindən qonaq ehtiyaclarına qədər.
Ətraflı
Qida istehsalı
Qida təhlükəsizliyi tələblərinə uyğun təmizlik və dezinfeksiya vasitələri.
Ətraflı
Avtoyuma mərkəzləri
Kontaktsız köpük, ön işləmə və salon təmizliyi.
Ətraflı
Aqro sahələr və fermalar
Biotəhlükəsizlik, tövlə gigiyenası və su xətti.
ƏtraflıSuallar
Tez-tez verilən suallar
Nə qədər gözlətmək lazımdır?
Adətən 5-10 dəqiqə. Vaxt qısaldıqda fırçalama artmalı olur — yəni əmək xərci kimya xərcini əvəz edir.
Qaynar səthə vurmaq olarmı?
Xeyr. Qaynar səthdə məhsul dərhal buxarlanır, təsir vermir və buxar tənəffüs riski yaradır. Səth əl istisində olmalıdır.

Növbəti addım
Sahənizə uyğun təklif hazırlayaq
Zəng edin və ya sifariş sorğusunu doldurun — məhsul siyahısı və qiymət təklifi ilə 24 saat ərzində qayıdaq.