
05 — Sahələr
Qida İstehsalı
Qida istehsalında təmizlik prosesin bir hissəsidir, ondan sonra gələn iş deyil. Sənədləşdirilə bilməyən təmizlik, aparılmamış sayılır.
Praktikada
Tipik problemlər və həllər
| Problem | Həll | Diqqət |
|---|---|---|
| Avadanlıq daxilində qalıq (CIP) | Qələvi + turşu dövrü | Yaxalama suyunun pH nəzarəti |
| Konveyer və lentlərdə bioplyonka | Bioplyonka hədəfli dezinfektant | Mexaniki fırça olmadan tam təsir yoxdur |
| Alerqen çarpaz keçidi | Alerqen təmizlik protokolu | Ayrı avadanlıq və ardıcıllıq |
| Soyuducu anbarda kif | Aşağı temperaturda işləyən vasitə | Adi dezinfektant soyuqda zəifləyir |
Məhsullar
Bu sahə üçün əsas kateqoriyalar
Dezinfeksiya Vasitələri
Səth dezinfektantları, sprey və salfetlər, konsentratlar.
Yağ Həlledicilər
Qələvi əsaslı degreaserlər, aspirator və qril təmizləyiciləri.
Dozaj Sistemləri
Avtomatik dozaj nasosları və seyreltmə stansiyaları.
Əl Gigiyenası
Maye və köpük sabun, antiseptik, dəri baxımı.
Birdəfəlik Məhsullar
Zibil torbası, əlcək, bone, önlük, ayaqqabı örtüyü.
Suallar
Tez-tez verilən suallar
HACCP üçün hansı sənədlər lazımdır?
Hər kimyəvi məhsul üçün təhlükəsizlik pasportu (SDS), texniki məlumat vərəqi, dozaj təlimatı və doldurulmuş təmizlik jurnalı. Bunları məhsulla birlikdə təqdim edirik.
CIP nədir?
Cleaning In Place — avadanlığı sökmədən, daxili dövr vasitəsilə təmizləmə. Adətən qələvi mərhələ, yaxalama, turşu mərhələsi və son yaxalamadan ibarətdir.
Alerqen təmizliyi adi təmizlikdən nə ilə fərqlənir?
Alerqen görünən çirk deyil — vizual yoxlama kifayət etmir. Protokol ayrı avadanlıq, təsdiqlənmiş ardıcıllıq və sənədləşdirmə tələb edir.

Növbəti addım
Sahənizə uyğun təklif hazırlayaq
Sahənizi və təxmini həcminizi yazın — məhsul siyahısı, dozaj planı və qiymət təklifi ilə qayıdaq.