
02 — Sahələr
Otellər və hostellər
Oteldə təmizlik iki fərqli işdir: qonağın gördüyü təəssürat və gözlə görünməyən gigiyena. Birincisi satışı, ikincisi reputasiyanı qoruyur — hər ikisi eyni gündə, məhdud vaxtda tamamlanmalıdır.
Praktikada
Tipik problemlər və həllər
| Problem | Həll | Diqqət |
|---|---|---|
| Hamamda kirəc və sabun qalığı | Turşu əsaslı sanitar təmizləyici | Mərmər və təbii daşda istifadə etməyin |
| Xalça və mebeldə ləkə | Ləkə növünə uyğun nöqtəvi vasitə | Əvvəlcə görünməyən sahədə sınayın |
| Otaq iyi və havalandırma | Neytrallaşdırıcı — maskalayıcı deyil | Qonaq gəlmədən 20 dəqiqə əvvəl |
| İctimai tualetdə davamlı gigiyena | Dispenser sistemi + sıxlıq qrafiki | Sərfiyyatı dispenserlə nəzarətdə saxlayın |
Məhsullar
Bu sahə üçün əsas kateqoriyalar
Qabyuma kimyası
Maşın və əl ilə yuma vasitələri, parıldadıcılar.
Yağ təmizləyiciləri
Qələvi əsaslı vasitələr, aspirator, plitə və qril təmizləyiciləri.
Dezinfeksiya vasitələri
Səth dezinfektantları, sprey və konsentrat məhsullar.
Döşəmə təmizləyiciləri
Neytral və qələvi əsaslı, ətirli, sürüşməyə qarşı və müxtəlif döşəmə səthləri üçün vasitələr.
Şüşə və səth təmizləyiciləri
Şüşə, güzgü və səthlərdə parlaq, izsiz nəticə üçün vasitələr.
Sanitar təmizlik
Sanitar qovşaqlar üçün ərp, pas və digər çirklərə qarşı təmizləyicilər, hava təravətləndiriciləri.
Əl gigiyenası
Maye və köpük sabunlar, antiseptiklər.
Kağız məhsulları
Tualet və mətbəx kağızları, rulon salfetlər, V- və Z-qatlama kağız dəsmallar.
Dispenserlər
Sabun, dezinfeksiyaedici, kağız dəsmal, salfet, tualet kağızı və hava təravətləndirici dispenserləri.
Camaşırxana kimyası
Əsas yuma vasitələri, ağardıcılar, yumşaldıcılar və neytrallaşdırıcılar.
Təmizlik avadanlığı
Zibil qabları, vedrələr, moplar, fırçalar, süpürgələr, şvabralar və digər peşəkar ləvazimat.
Birdəfəlik məhsullar
Zibil torbaları, əlcəklər, bone, baxillər, önlüklər və s.
Suallar
Tez-tez verilən suallar
Bir otaq üçün nə qədər kimya sərf olunur?
Standart ikinəfərlik otaqda tam təmizlik üçün orta hesabla 30-60 ml işlək məhlul kifayət edir. Dəqiq rəqəm otağın ölçüsü və dövriyyə tezliyindən asılıdır — sizin üçün hesablayırıq.
Qonaq otaq gigiyena dəstii də təchiz edirsiniz?
Bəli — şampun, duş geli, sabun və dispenser sistemləri. Böyük həcmli qablaşdırma tək istifadəlik paketlərdən əhəmiyyətli dərəcədə sərfəlidir.
Camaşırxana üçün ayrıca həll varmı?
Bəli. Otel camaşırxanası ayrıca kimyəvi proqram tələb edir — bax: Camaşırxana kimyası bölməsi.

Növbəti addım
Sahənizə uyğun təklif hazırlayaq
Zəng edin və ya sifariş sorğusunu doldurun — məhsul siyahısı və qiymət təklifi ilə 24 saat ərzində qayıdaq.